azia.az
azia.az

Hulusi Akarla Qaribaşvili regionda təhlükəsizliyi müzakirə etdi

5-10-2021, 08:26


Türkiyənin müdafiə naziri Hulusi Akarla Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin görüşü olub.
Hulusi Akarla Qaribaşvili regionda təhlükəsizliyi müzakirə etdi
Azia.az Qafqazinfoya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Görüş zamanı Türkiyə və Gürcüstan arasında müadiə sahəsində əməkdaşlıq, regionda vəziyyət və təhlükəsizlik məsələləri müzakirə olunub. Görüşdə Türkiyənin onilliklər ərzində verdiyi praktiki yardımın Gürcüstan Müdafiə Qüvvələrinin inkişafındakı xüsusi rol oynadığı qeyd edilib. Tərəflərin diqqəti müdafiə mexanizmlərinin gücləndirilməsində və təhdidlərin qarşısının alınmasında çoxmillətli birgə hərbi təlimlərin roluna yönəldilib. Gürcü Baş nazir, Türkiyənin Gürcüstanın suverenliyi, ərazi bütövlüyü və NATO -ya üzv olmaq istəyinə davamlı dəstəyinə görə Türkiyə müdafiə nazirinə təşəkkür edib.

Görüş zamanı, həmçinin, regiondakı vəziyyət və təhülkəsizlik məsələləri müzakirə olunub. Gürcüstan tərəfi münaqişələrin yalnız beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində həllini alqışladığını və bu yolun alternativi olmadığını qeyd edib.

Qeyd edək ki, Hulusu Akar ETERNITY 2021 çoxmillətli komanda-qərargah təliminin başlaması ilə əlaqədar olaraq Gürcüstanda səfərdədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi