azia.az
azia.az

Müdafiə nazirlərinin növbəti toplantısı Batumidə keçiriləcək

13-05-2017, 17:35

Müdafiə nazirlərinin növbəti toplantısı Batumidə keçiriləcək


Azərbaycan, Gürcüstan və Türkiyənin müdafiə nazirlərinin növbəti görüşü mayın üçüncü ongünlüyündə Batumidə keçiriləcək.

Axar.az-ın məlumatına görə, görüşün sonunda əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə dair memorandum imzalanacaq.

Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi, o cümlədən kadr hazırlığı, birgə hərbi təlimlərin təşkili məsələləri müzakirə olunacaq, müasir dövrdə silahlanma, regionda və dünyada təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.

Görüşün sonunda hərbi əməkdaşlığın daha da genişləndirilməsinə dair birgə memorandum imzalanacaq. Bu sənəd həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığın genişlənməsində və möhkəmlənməsində mühüm rol oynayacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi