azia.az
azia.az

"Bu rayonların başçıları vətən xainləri kimi həbs edilməlidirlər" - Aslan İsmayılov

22-09-2021, 12:30

"Bu rayonların başçıları vətən xainləri kimi həbs edilməlidirlər" - Aslan İsmayılov
"Bu gün ölkədəki vəziyyəti gərginləşdirmək istəyənlərlə bir sırada bilərəkdən, yaxud bilməyərəkdən duranlar hakimiyyətdə olan bir çox məmurlardır”.

Azia.az bildirir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib. O, ilk sıralarda duranların yerli icra başçıları olduğunu deyib:

"Onların vəzifəsi yerlərdə vətəndaşların ağır maddi, mənəvi durumlarından çıxmasına köməklik etməyi koordinasiya etməkdir. Bu sırada birinci növbədə Vətən Müharibəsi şəhid ailələri, sağlamlıqlarını itirənlər və iştirakçılardır. Təəssüf ki, həmin şəxslər bir çox hallarda diqqətdən kənarda qalıb problemlər içində boğulurlar.

Vətən Müharibəsində 3 minə yaxın şəhidimiz olub. Hər rayonda yaşayanları götürsək, bu ortalama heç 50 ailə etmir. Hər İcra hakimiyyətinin ancaq aparatında 50-dən artıq məmur var və əgər hər məmur bir ailəyə can yandırıb diqqətdə saxlasa, yaranan problemlər dərhal həll olar”.

A.İsmayılov qeyd edib ki, şəhid ailələrinin, müharibə veteranlarını fəryad etdikləri bəzi epizodlara görə həmin rayonların başçıları vətən xainləri kimi həbs edilməlidirlər:

"Bunun başqa adı yoxdur. Gördüyüm hadisələr ondan xəbər verir ki, həmin başçılar yerlərdə vətəndaşların problemlərini həll etmək üçün yox, pul qazanmaq, eyş-işrət içində yaşamaq üçün çalışırlar. Bu gün müstəqilliyimizə bu qədər təhdid olan vaxtda bu yanaşma isə ancaq Vətənə Xəyanətdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi