azia.az
azia.az

Ermənilər Babəki ərəblərə satmaqla islama necə xidmət ediblər?

1-09-2021, 19:32

Ermənilər Babəki ərəblərə satmaqla islama necə xidmət ediblər?
Ermənilər Babəki ərəblərə satmaqla islama necə xidmət ediblər? - Erməni siyasətçinin gülünc cavabına münasibət

Müdrik fransız səyyahı qraf de Şolye vaxtilə ermənilər haqda yazmışdı ki, “Mən onlarla heç vaxt dil tapa bilmədim. Onların hiyləgərliyi olduqca murdar, riyakarlıqları olduqca dözülməz, əclaflıqları isə təəssüf doğurur”.

Bu cür tipik, bir az da mifik obrazlar dünyasında yaşayan ermənilərin günahlardan doğulan daha bir nümayəndəsi var - David Babayan, ərəb mediasına (http://xn--lmothaqaf-zyh. com) verdiyi açıqlamada elə nüanslara toxunur ki, münasibət bildirmədən keçəmmədim.

Jurnalistin "Bir sıra ərəb ölkələrinin Türkiyə ilə əlaqələrini yaxşı adlandırıla bilməyəcəyimizi nəzərə alsaq, ərəb ölkələri ilə əlaqələrin qurulması perspektivlərini necə qiymətləndirirsiniz" sualına heç kəsin ağlına gələ bilməyəcək, həyasız tonlarla dolu bir cavab verib:

"Ərəb dünyası bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Ərəblərlə və ərəb sivilizasiyası ilə əlaqələrimiz uzaq əsrlərə gedib çıxır.

Məsələn, qeyd etmək istərdim ki, bir vaxtlar "Artsax" İslam tarixində əsas rol oynamışdır. 9 -cu əsrdə İslamın üzləşdiyi ən böyük təhlükələrdən birini - Babək üsyanını (826-837) zərərsizləşdirən Artsax idi. Uğurlu olsaydı, İslam sivilizasiyasının bu mənzərəsi bu gün meydana çıxmazdı".

Qısaca cavabdan hansı nəticələri çıxarmaq olmaz ki?

- Əvvəla, Babək həbs edilməsəydi, Bizans imperatoru Feofil (xristian) ona hərbi yardım göstərmək məqsədilə qoşun yollayacaqdı ki, bu kömək Babəkin edamından az sonra reallaşdı.

Onda belə çıxır ki, Babayan iddia etdiyi kimi babaları islama xidmət etməklə, xristianlığa xəyanət etmiş olurlar, belə halda da erməni cəmiyyətinin əsas ideoloji ocağı Eçmiədzini də bu adam ayaq altına atmış olur.


- İkincisi, Səhl ibn Sunbat məxəzlərdə Ərməniyyə hökmdarı kimi qeyd edilir.

- Üçüncüsü, hayların ərmən olmadğını tarix artıq sübut edir.

- Dördüncüsü, Azərbaycan tarixinin alban səhifələri, o cümlədən, Musa Kalantakatlı haqda alban irsi, alban kimliyi təsdiqini verir.

- Beşincisi, Z. M. Bünyadov qeyd edir ki, “Səhl Alban padşah nəsli Zarmirx nəslindən idi və Mehrani Vardan Zarmirx xanədanından 60 nəfəri nahara dəvət edərək, onlara "zəhərli çörək" verib hamısını məhv edəndə diri saxladığı yeganə nümayəndə idi.”

-Altıncısı, Bünyadov 1897-ci ildə nəşr edilən və T. İ. Ter-Qriqoryan tərəfindən Səhl ibn Sunbatın etnik mənşəyinin dəqiq göstərildiyi mənbə materiallarına istinad edir ki, Moisey Kalankatlının əsərini tədqiq etmiş Çarlz Dousett də Səhl ibn Sunbatın Arranşahik xanədanının Zarmixr nəslinə mənsub olduğunu və etnik mənşəcə alban olduğunu bildirmişdi, bu arqumenti hətta F. C. Məmmədova da təsdiq edir ki, Səhl ibn Sunbatın hakimiyyətə gəlməsini “Alban dövlətçiliyinin bərpası” hesab edir.

Maraqlıdır, ərəb dünyasında xüsusilə də, Livan, Fələstin və Suriyada kompakt yaşayan ermənilər nəzərə alınmazsa, erməni sevgisini doğrundan da Babək detalı ilə izah edirlərsə, Əl - Təbəri kim üçün və nə üçün tarixi qələbə alıb ki?

Nəhayət, İrəvan Dövlət Universitetinin məzunu Gayane Çobanyanın yazılarını oxuyuram, bildirir ki, indiki ərəblərin, kürdlərin və türklərin bir çoxu etnik ermənilərdir.

Yəni tarixi həyasızlıq sərhəd tanımasa da, başqa bir nöqtədə bu fikirləri isə sırf ərəb millətçiliyi və türk nifrəti üzərində düşünənlər üçün qeyd edək:

Osmanlı I dünya müharibəsində Rusiya ilə savaşarkən Anadolunun xüsusilə ərəblər və kürdlər yaşayan coğrafiyasında erməni terror dəstələri tərəfindən soyqırımı törədildi ki, onların izləri bu günün özündə də Türkiyənin Sason, Maraş, Muş, Hatay və Antep bölgələrindı qalmaqdadır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi