azia.az
azia.az

Dərslik muəlliflərindən ermənişunas alimlərə cavab

30-06-2017, 12:47

Dərslik muəlliflərindən ermənişunas alimlərə cavab



Azərbaycan Respublikası Təhsil Nazirliyinin ekspert qrupları tərəfindən qiymətləndirilərək məqbul sayılan dərsliklərin pedaqoji ictimaiyyətin, xususilə fənn muəllimlərinin muzakirəsinə cıxarması təqdirəlayiq haldır. Bir necə ay davam edən bu muzakirə zamanı təqdim etdiyimiz dərslik layihələri (Azərbaycan tarixi və Umumi tarix) ilə bağlı yuzlərlə rəy və təkliflər bildirilmişdir. Müsbət rəylər bizi ruhlandırsa da, iradlar daha diqqətli olmağa sövq etmiş, təkliflər isə layihənin daha təkmil şəkildə ortaya çıxarılmasına imkan yaratmışdır. Tarixci həmkarlarımız layihə ilə bağlı geniş rəy hazırlayıb muəlliflərə gondərmişlər. Gostərilən irad və qusurlar muəlliflər tərəfindən diqqətlə nəzərdən kecirmişdir. Onların bir qismini dərsliyin təkmilləşməsinə xidmət etdiyinə görə çapa qədər aradan qaldırmaq qərara alınmışdır. Təbii ki, opponentlərimizin rəyində muəlliflərin razılaşmadıqları iradlar da olmuşdur. Belə subyektiv səpkili iradların зoxu rəsmi opponent rəylərindən fərqli olaraq kutləvi informasiya vasitələrində səsləndirilmişdir. Son günlər mətbuatda yayılan, iraddan daha çox ittihamı xatırladan rəylərdən birini buna numunə gostərmək istəyirik.

AMEA Tarix institutunun əməkdaşı Guntəkin xanım Nəcəfli Təhsil Nazirliyi tərəfindən ictimai muzakirəyə cıxarılmış 10-cu sinif üçün "Azərbaycan tarixi” dərslik layihəsi haqqında rəyində Musa Kalankatlının tariximizin murəkkəb bir dovru haqqında, demək olar ki, yeganə mənbə olan "Alban tarixi" əsərini şübhə altına alır və qeyd edir ki, "o bizə orijinal şəkildə deyil, erməni kilsəsi tərəfindən saxtalaşdırılmış variantda gəlib çatıb”. Əgər belədirsə, niyə olkəmizdə bu əsərin donə-donə cap olunmasına (1993, 2007), Azərbaycan tarixinə dair qaynaqlar toplusuna daxil edilməsinə, vaxtaşırı məqalə və monoqrafiyalarda ədəbiyyat siyahısına salınmasına yol verilir? Bəs tarixci alimlərin vəzifəsi belə əsərlərin şərhini verib oradakı həqiqəti və saxtakarlığı üzə çıxarmaq deyilmi? Bu əsərlə, onunla bağlı tədqiqatlarla tanış olmadan, mənaları haqqında fərziyyə belə soyləmədən necə demək olar ki, "işxan” və "qavar” terminləri ermənicədir, erməni dilindən goturulub və Azərbaycan dilciliyinə tamamilə ziddir?

Hamıya, o cümlədən ermənilərin özlərinə də aydındır ki, erməni dilində olan toponimlərin, adların, termin və anlayışların 80 faizə yaxını türk və fars mənşəlidir. Belə isə "Albaniya tarixi”ndəki işxan və qavarın erməni mənşəli olduğunu hansı əsasla söyləmək olar? Əsərdə hun hokmdarı, Atropaten hakimləri "işxan” adlandırılır. Bu turk dilində olan bir anlayışdır (baxmayaraq ermənilərdə belə ad və familiyalar var). Turk-tatar dillərində oğlan uşaqlarına verilən adlar – İşbay, İşbak (İşpak), İşbars, İşbatır, İşbulat, İşsultan bunu aydın göstərir. Məşhur alim N.A.Baskakov "yaxın”, "dost” sözü ilə "xan” sözünün birləşməsi olan "İşxan” ifadəsinin yaranmasından bəhs etmişdir.

"Qavar” sozunun də erməni dilinə hər hansı bir aidiyyatı yoxdur. Bu "kəvər”, "kobər” ifadələrini əks etdirən anlayış olub Albaniyada yer, ərazi mənasında işlədilmişdi. Xəzər tayfalarından biri "kabar” adlanırdı. İranda indi də "Kəvar” adında ostan mərkəzi olan şəhər var. İran kцrfəzi ətrafında, Səudiyyə Ərəbistanında yerləçən "Qavar” adlı ərazi dünyada ən zəngin neft və qaz yataqlarından biridir. İndi "Ermənistan” adlandırılan Qərbi Azərbaycan torpaqlarında, Goycə golunun qərb tərəfində IX əsrdən 1830-cu ilədək fasiləsiz olaraq Azərbaycan turklərinin yaşadığı Qavar (Kəvər) kəndi olmuşdur. İrəvan xanlığının işğalından sonra, 1830-cu ildə bura ermənilər köçürülmüş, Qavar Nor-Bayazet adlanmışdır. Sonralar bu ad dəfələrlə dəyişmişdir: 1850-ci ildə Novo-Bayazet, 1936-cı ildə yenidən Nor-Bayazet, 1959-cu ildə Kamo. 1995-ci ilin sonundan isə erməni vandalları digər toponimlərimiz (Qarqar, Arsax, Goyəm və b.) kimi Qavar adını da ozununkiləşdirmişlər. Buradakı IX-XIV əsrlərə aid boyuk qəbiristanlığın ortasında rus işğalından sonra – 1848-ci ildə kilsə də tikilmişdir.

Hormətli alimimiz Guntəkin xanım dərslik layihəsində mənbə kimi Musa Kalankatlının "Alban tarixi” əsərindən verilən bu parcanı təxribat və tariximizə ləkə sayır: Alban tarixçisinə görə alban hokmdarı Urnayr "boyuk muharibələrdə [sələflərinin] şanlı adına varis çıxaraq, Ermənistanın içərilərində qələbə bayrağı sancan rəşadətli ər” idi. Bu gun də igid oğullarımız zəbt olunmuş torpaqlarımızı işğaldan azad etmək, Ermənistanın içərilərində qələbə bayrağını sancmaq əzmindədirlər. Layihə muəllifləri tariximizə ləkə deyil, şərəf verən həmin sozləri ozlərindən yox, hormətli, məşhur alimlərimizin redaktorluğu ilə çıxan əsərlərdən iqtibas gətirmişlər. Umumiyyətlə hazırkı dərslik layihəsinə daxil edilmiş mövzular işlənərkən Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinin tədqiqinə həsr olunmuş, xususilə Tarix institutunun kollektivi tərəfindən ərsəyə gətirilmiş elmi tədqiqat əsərlərindən, mənbə materiallarından, yeddi cildlik Azərbaycan tarixinin I-III cildlərindən istifadə olunmuşdur. Guntəkin xanım mənbədə verilən "Ermənistan” kəlməsinə etiraz edir. Halbuki rəylərdə bizə tez-tez numunə gostərilən, 2001-ci ildə nəşr olunmuş və uzun illər məktəblərdə tədris edilmiş 7-ci sinif Azərbaycan tarixi dərsliyində dəfələrlə "Ermənistan hokmdarı”, "Ermənistan ərazisi”, "Ermənistanın bölüşdürülməsi” ifadəsi(bax, səh. 21, 22, 23) işlədilmiş, Vardan Mamikonyanın başçılıq etdiyi erməni dəstələrinin uğurlu yürüşlərindən bəhs edilmiş(bax, səh. 27-28), Yusif ibn Əbu Sacın "Ermənistan ərazisini ələ keçirməsi” (s. 113), Salarilərin "qərbdə Ermənistan” da daxil olmaqla (səh. 115) geniş əraziləri əhatə edən bir dövlətə çevrilməsi vurğulanmışdır. Amma nədənsə rəyçi xanım dərsliklərimizin inkişafı yolundakı bir mərhələnin parçası olan bu fikirlərdə "ləkə”, "təxribat” axtarmamışdır.

Layihə muəllifi kimi bizə unvanlanan, dərsliklərimizin təkmilləşməsinə yönələn xoş niyyətli butun təklif və iradlardan bəhrələnəcəyimizi duşünür, hörmətli həmkarlarımıza rəy hazırlayarkən çəkdikləri zəhmətə görə minnətdarlığımızı bildiririk.


Nuranə Abdullayeva
azia.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi