azia.az
azia.az

Rus sülhməramlıları 200 ermənini Amarasa gətirdi

17-08-2021, 16:39

Rus sülhməramlıları 200 ermənini Amarasa gətirdi
Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları 200 erməni zəvvarı Amaras monastır kompleksinə gətiriblər.

Azia.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, sülhməramlılar zəvvarları Xankəndidən Xocavənd rayonuna qədər müşayiət ediblər.

Qeyd edək ki, iyulun 30-da da Rusiya sülhməramlıları erməni zəvvarlarını Xocavənd rayonunun Amaras məbədinə gətirmişdilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi