"Sülhməramlıları nahaq göndərdik Qarabağa, buna ehtiyac yox idi" – Poloskova
“Ermənilər Ermənistanı tamamilə itirmək istəyirlərsə, səfərbərlik elan etsinlər”.
KONKRET.az xəbər verir ki, bu fikirləri Rusiyanın 1-ci dərəcəli dövlət müşaviri, siyasi elmlər doktoru Tatyana Poloskova səsləndirib.
Daha sonra o deyib:
“Azərbaycan özünün qanuni torpaqlarını qaytarıb, özü də necə qaytarıb… 30 illik işğaldan sonra tamamilə dağılmış, sökülmüş, dəhşətli bir vəziyyətdə… Qovulmuş azərbaycanlıların yurdlarına qayıtması üçün normal yaşayış şəraiti yaratmağa çoxlu pul lazımdır. İnanıram ki, Azərbaycan hökuməti bunun da öhdəsindən gələcək. Buna şübhə yoxdur”.
Xanım Poloskova rus sülhməramlılar mövzusuna da toxunub:
“Sülhməramlılar mövzusuna gələndə isə, nahaq göndərdik onları Qarabağa, ehtiyac yox idi. Biz onları göndərməsəydik, Azərbaycan çoxdan sakitcə torpaqlarını axıra kimi təmizləmişdi və normal sülh şəraiti yaratmışdı. Hər şey də normal olardı. Lakin sülhməramlılar mövzusu təkçə Azərbaycan ekspertlərini deyil, məni də qıcıqlandırır.
Niyə ermənistanlılar fikirləşirlər ki, rus hərbçilər onlara görə ölməli, ruslar da hər şeyi buraxıb onların maraqları üçün qurban getməlidir? Xeyir ola, bizə elə çox hörmət qoyur erməni diasporları regionlarda? Yox, əksinə, erməni diasporlarının xüsusən də gənc nəsil nümayəndələrinin on illərlə deyil, hətta yüz illərlə Rusiyada yaşayan titullu əhaliyə qarşı pis münasibətlərinin çoxlu nümunələri var”.
Siyasi politoloq Rusiya kanallarında ermənilərin “informasiya kampaniyaları”ndan da danışıb:
“Rusiya telekanallarında ermənilərin çox aqressiv informasiya kampaniyaları olub və indi də var. Biz idiot deyilik, adamlar savadlıdır, hər şeyi başa düşürlər. Xüsusən yaşlı nəsil kitab oxuyur, bilir nə var, nə yox, gənclərimiz də ağıllıdırlar”.
Tatyana Poloskova Ermənistan hökumətinin və MN-nin bəyanatına da münasibət bildirib:
“Ermənistan hökuməti və MN-nin bəyanatında sərhəddə Azərbaycana qarşı güc tətbiq etmək barədə deyilir. Mən uzun illərdir beynəlxalq siyasətlə məşğul oluram, birinci dəfədir eşidirəm ki, məğlub olan tərəf şərt irəli sürsün. Bağışlayın, bu, adekvat hərəkət deyil. Güc işlətmək? Hansı güc? Hardadır onların gücü? Səfərbərlik istəyirlər? Buyursunlar, əgər Yerevanı da tamamilə itirmək istəyirlərsə, səfərbərlik elan etsinlər”.
Poloskovanın həmin çıxışını təqdim edirik:
Xuraman Etibarlı