azia.az
azia.az

ABŞ 2 rusiyalı diplomatı ölkədən çıxardı

9-07-2016, 07:08

ABŞ 2 rusiyalı diplomatı ölkədən çıxardı Rəsmi Vaşinqton Rusiyanın ABŞ-dakı səfirliyində çalışan 2 diplomatını ölkədən çıxarıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

“Baş vermiş hücuma cavab olaraq iyunun 17-də iki rusiyalı diplomat ABŞ-dan çıxarılıb”, deyə C.Kirbi bildirib.

Bundan əvvəl “Washington Post” qəzeti Moskvada, ABŞ-ın Rusiya səfirliyində çalışan əməkdaşının hücuma məruz qaldığı barədə məlumat yaymışdı. Rusiya XİN, öz növbəsində, həmin şəxsin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olduğunu və səfirliyin mühafizəçisinə hücum etdiyini bildirmişdi.

Rusiyanın ABŞ-dakı səfirliyi Dövlət Departamentinin açıqlamasını şərh etməkdən imtina edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi