azia.az
azia.az

Bu şagirdlər üçün vacib xəbər - Tarix və saat AÇIQLANDI

Bu gün, 10:27

Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 4-dən başlanılacaq.

Xəbər verilir ki, 2026-cı il noyabrın 4-də saat 15:00-dan etibarən 2–7-ci sinif şagirdlərinin, noyabrın 5-də saat 15:00-dan etibarən isə 8–11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi aktivləşdiriləcək.

Şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsilin yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Məktəbəhazırlıq qrupları və 1-ci siniflər üzrə elektron yerdəyişmənin başlanma tarixi barədə isə ictimaiyyətə əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi