azia.az
azia.az

Finlandiya və Norveç liderlərinin Putinlə danışığının səbəbi AÇIQLANDI

Bu gün, 08:33

Finlandiya Prezidenti Aleksandr Stubb və Norveçin Baş naziri Yonas Qar Störe ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığının təsadüfi olmadığı bildirilir.

Sfera.az xəbər verir ki, bu barədə Finlandiyanın “Ilta-Sanomat” qəzeti yazıb.


Nəşrin qənaətinə görə, Stubb və Störe öz ölkələrinin adından çıxış etdiklərini bildirsələr də, əslində Moskva ilə danışıq zamanı Avropa ölkələrinin Ukrayna münaqişəsi ilə bağlı mövqeyini çatdırmağa çalışmış ola bilərlər.

Qəzet qeyd edir ki, Avropanın Rusiya ilə dialoqda ümumi mövqeyini təmsil edən vahid rəhbərin olmaması Finlandiya və Norveç liderlərinin Putinlə təmaslarını daha əhəmiyyətli edir.

Bununla belə, nəşrin yazdığına görə, danışıqlar Moskvanın mövqeyində dəyişikliklə bağlı gözləntiləri doğrultmayıb. Putin söhbət zamanı münaqişənin həlli ilə bağlı əvvəlki mövqeyini qoruduğunu nümayiş etdirib.

“Financial Times” nəşri isə daha əvvəl yazıb ki, üçtərəfli telefon danışığının böyük hissəsi Putinin orta əsrlər slavyan tarixi barədə danışmasına həsr olunub.

Nəşrin məlumatına görə, Rusiya lideri Avropanın Moskva ilə qarşıdakı sülh danışıqlarında öz mövqeyini müdafiə edərkən çətinliklərlə üzləşəcəyini də bildirib.

Fatimə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi