azia.az
azia.az

Guya “Rüstəm Muradov, Armen Abazyan, Əli Nağıyev və Araik Arutyunyan arasında görüş planlaşdırılır” başlıqlı yalan xəbərlər...

19-02-2021, 18:17

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti bəzi sosial media resurslarında Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanla Suqovuşanda görüşün planlaşdırıldığı barədə yayılan məlumatlarla bağlı rəsmi bəyanat verib. Və bu məlumatları qəti təkzib edib.
Guya “Rüstəm Muradov, Armen Abazyan, Əli Nağıyev və Araik Arutyunyan arasında görüş planlaşdırılır” başlıqlı yalan xəbərlər...
Bəyanatda bildirilir: "Azərbaycana aid olan bəzi sosial media resurslarında erməni mənbələrinə istinadən guya, “Ermənistan MTX-nin rəhbəri A.Abazyan, Rusiya sülhməramlı kontingentinin rəhbəri general R.Muradov, Azərbaycan DTX-nin sədri Əli Nağıyev və A.Arutyunyan arasında Suqovuşanda görüş planlaşdırılır” və sairə bu kimi başlıqlarla həqiqətəuyğun olmayan məlumatlar yayılıb. Dövlət Təhlükəsizliyi Xidməti bu qəbildən olan xəbər və paylaşımları qəti şəkildə təkzib edir və diqqətə çatdırır ki, indiyədək Azərbaycan və Ermənistan təhlükəsizlik xidmətləri rəhbərlərinin baş tutmuş görüşləri barədə ictimaiyyətə ardıcıl məlumatlar verilib. Azərbaycanın dövlət maraqlarının, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təmin olunması ilə bağlı məsələlərin cəmiyyətdə həssaslıqla qarşılandığı nəzərə alınaraq, bundan sonra da belə görüşlər barədə ictimaiyyətə məlumatlar veriləcək.



Bir daha ölkəmizin kütləvi informasiya vasitələrində və sosial mediada ümumdövlət mənafelərinə ziyan vuran, həmçinin düşmən dairələri tərəfindən bilərəkdən sosial şəbəkələrə ötürüldüyü istisna olunmayan, Azərbaycanda ictimai rəyi çaşdırmaq məqsədi güdən əsassız və dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, belə halların yolverilməzliyini qeyd etməklə yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik".

Qeyd edək ki, həmin dezinformasiyanın mənbəyi Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın kürəkəni, Vatikandakı keçmiş səfir Mikael Minasyandır. Minasyan iddia edirdi ki, “kommunikasiya məsələlərini” müzakirə etmək üçün Suqovuşanda belə görüş planlaşdırılır...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi