azia.az
azia.az

Xamenei ABŞ-ı ittiham etdi

29-08-2016, 10:03

Xamenei ABŞ-ı ittiham etdi
ABŞ İranın S-300 zenit-raket komplekslərini almasına mane olmaq üçün əlindən gələni etdi

"Report" xəbər verir ki, bunu İranın ali dini lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı ayətullah Əli Xamenei Rusiyaya məxsus S-300 ZRK-ların döyüş növbəsi çəkəcəyi "Xatəm-əl-Ənbiya" hava hücumundan müdafiə bazası komandanlığı ilə görüşü zamanı bildirib.

"S-300 hava hücumundan müdafiə sistemləri hücum yox, son dərəcə müdafiə xarakterli silahlardır. Bizim elə bir düşmənimiz var ki, o bizi hətta özümüzü müdafiə etmək hüququndan məhrum etmək istəyir. Biz bu düşmənin İslam Respublikasına hücuma keçməyi ağlına belə gətirməməsi üçün öz müdafiə potensialımızı artırmalıyıq", - deyə o bildirib.

"S-300-ün İrana tədarükü ətrafında qalxan səs-küy, vaxtilə Ford tərəfindən İranın nüvə obyekti ətrafında qaldırılan hay-küy kimi, İran millətinə düşmən olanların kininin növbəti təzahürü oldu. Onlar anlamalıdırlar ki, İrana hücum edəcəkləri təqdirdə, sarsıdıcı cavab alacaqlar", - deyə Xamenei çıxışı zamanı bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi