azia.az
azia.az

Xamenei: İŞİD-in məqsədi İranı məhv etməkdir

27-06-2016, 04:35

Xamenei: İŞİD-in məqsədi İranı məhv etməkdir İŞİD terror qruplaşmasını yaradanların əsas məqsədi İranı məhv etmək olub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə İranın ali lideri Ayətullah Əli Xamenei bildirib.

“İŞİD terror qruplaşması əsas vəzifəni həyata keçirmək üçün yaradılmışdı: İranı zəbt etmək və məhv etmək. İraq və Şamın (Suriyanın tarixi adı) işğalı bu məqsədə çatmaqda hazırlıq mərhələsi olub. Lakin İranın düşmənləri bu müharibədə məğlub olacaqlar, çünki onlar İranın gücünü lazımınca qiymətləndirmirlər. İran onu dizi üstünə çökdürmək istəyənləri birinci çökdürəcək”, - deyə Xamenei bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi