Pentaqon Azərbaycana yardım edə bilmir - səbəb...
Ekspet: “ABŞ-ın özü bu məsələdə 1992-ci ildə tətbiq etdiyi ədalətsiz 907-ci düzəlişin girovuna çevrilib”
ABŞ Müdafiə Nazirliyi çərşənbə axşamı günü Ukraynaya ölkənin silahlı qüvvələrinin təhlükəsizlik sahəsində potensialının gücləndirilməsi məqsədilə əlavə olaraq 250 milyon dollar məbləğində yardım ayrılmasını planlaşdırdığını elan edib. Bu vəsait hərbi qüvvələrinin hazırlığı, hərbi texnikanın alınmasına və hərbi personala məsləhət verilməsi məqsədilə ayrılır.
Pentaqondan bildirildiyinə görə, bu qərar ABŞ və Ukrayna arasında müdafiə sahəsində əməkdaşlığın möhkəmliliyinə işarə edir. Vaşinqton artıq bu əməkdaşlıq çərçivəsində Kiyevə 1.5 milyard dollar məbləğində vəsait ayırıb. Əlavə vəsaitin ayrılması cari hazırlıq proqramları və əməliyyat ehtiyaclarının təmin edilməsi məqsədilə texnikanın alınması, o cümlədən hərbi dəniz qüvvələri və dəniz piyadalarının relyeflə məlumatlılıq səviyyəsi, eləcə də snayper silahları, tank əleyhinə reaktiv qumbaralar və artilleriya əleyhinə radiolokasiya sisetemləri, elektron, tibbi və digər avadanlıqların verilməsi yolu ilə quru qüvvələrin müdafiə potensialının artırılmasına imkan verəcək. Pentaqondan bildirildiyi kimi, bu əməkdaşlıq Ukraynanın müdafiə sahəsində islahatların aparılmasında inkişaf nümayiş etdirməsi sayəsində mümkün olub. Bu islahatların Ukraynanın milli müdafiə sistemini Avroatlantik standartlara yaxınlaşdıracağı qeyd edilir.
Bəs ABŞ Müdafiə Nazirliyi Azərbaycana da bu tipli yardımlar ayırırmı? Yoxsa 907-ci düzəliş mane olur?
Politoloq NÉzakÉt MÉmmÉdova ile ilgili görsel sonucu
Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, ABŞ Azərbaycan və Ermənistana silah satmaq istəyir. Lakin silah satışına, hərbi yardıma 1992-ci ildə qəbul edilmiş məşhur 907-ci düzəliş adlı sənəd mane olur: “ABŞ-ın Azərbaycan və Ermənistana silah satmaq istədiyini ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton da ötən ilin sonlarında Cənubi Qafqaza səfəri zamanı jurnalistlərə açıqlamasında demişdi. O qeyd etmişdi ki, Amerikanın texnikası istənilən halda Rusiya texnikasından yaxşıdır. Ona görə belə bir imkanı nəzərdən keçirmək istəyirik. Con Bolton 907-ci düzəlişin ABŞ-ın Azərbaycana silah satmasına, hərbi yardım etməsinə maneə olduğunu bildirərək, bu sənədə moratorium qoyulmasına çalışacaqlarını qeyd etmişdi. Hazırda ABŞ-ın Azərbaycana silah satışı, Pentaqonun istənilən formada yardım ayırması bu düzəliş ucbatından müşkülə çevrilib. Üstəlik, Amerika Erməni Milli Assambleyası və digər diaspora təşkilatları Azərbaycanın hərbi üstünlüyünün guya regionda təhlükəsizliyə təhdid olması bəhanəsilə, Azərbaycana silah satışına embarqo çağırışları etməkdədirlər. Bir sıra Amerika diplomatları isə ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin münaqişə ölkələrinə silah satmasını yanlış addım kimi qiymətləndirirlər. Prezident İlham Əliyev ötən il Rusiyaya səfəri zamanı Azərbaycanın son illər ərzində Rusiyadan aldığı silahlara 5 milyard dollar sərf etdiyini bildirmişdi. Bundan başqa, məlum olduğu kimi, ölkəmiz İsraildən də yüksək texnologiyalı silahlar alır. Çin və Türkiyə də bizim silah ticarətində tərəfdaşlarımızdır. ABŞ-ın regionda silah satan ölkələr sırasına daxil olması, Azərbaycana hərbi sahədə yardımlar ayırması hərbi pariteti dəyişə bilər”.
Ekspert qeyd etdi ki, Azərbaycanla ABŞ ikitərəfli hərbi əməkdaşlıq edir, eyni zamanda NATO-nun “Sülh naminə tərəfdaşlıq” və digər proqramlarında tərəfdaşdırlar. Lakin ABŞ Ukraynaya və Gürcüstana etdiyi kimi, Azərbaycana birbaşa hərbi yardım edə bilmir, bu yalnız sərhəd mühafizəsi üçün texnikanın ayrılması, hərbçilərin proqramlarda iştirakı ilə məhdudlaşır: “ABŞ-ın özü 1992-ci ildə tətbiq etdiyi ədalətsiz 907-ci düzəlişin girovuna çevrilib.
Azərbaycan-ABŞ hərbi əlaqələri hazırda təhlükəsizlik, hərbi təhsil, Azərbaycan sülhməramlı kontingentinin NATO-nun Əfqanıstanda həyata keçirdiyi qeyri-döyüş missiyasına verdiyi töhfələr sahəsində inkişaf etməkdədir. Pentaqondan başqa hansısa maliyyə yardımı, silah yardımı, satışı isə yoxdur".
Etibar SEYİDAĞA,