azia.az
azia.az

Mehriban Xanlarova bu televiziyadan Daxili İşlər Nazirliyinə şikayət etdi

Dünən, 22:38

Aktrisa,əməkdar artist Mehriban Xanlarova Daxili İşlər Nazirliyinə müraciət edib.

Xəbər verilir ki,aktrisa müraciətində ARB kanalının əməkdaşı Yalçın Uğurdan və ARB-nin İcraçı direktor Rəşad Məmmədovdan şikayət edib.

"Hörmətli cənab Nazir,

ARB  Televiziya kanalında yayımlanan “Günə Uğurla” adlı verilişdə, aparıcı Yalçın Uğur tərəfindən mənim icazəm və razılığım olmadan ailə həyatımı əhatə edən məlumatlar efirə çıxarılmış, müzakirə mövzusuna çevrilmişdir.

Qeyd olunan yayım, ailə həyatına hörmət hüququmu kobud şəkildə pozmuş, həm mənim, həm də ailə üzvlərimin mənəvi rahatlığına ciddi mənada zərər vurmuşdur.

Bildirirəm ki, bu materialın efirə buraxılması ARB kanalının rəhbərliyinin, xüsusilə də İcraçı direktor Rəşad Məmmədovun birbaşa məsuliyyət dairəsinə daxildir. Mövcud qanunvericiliyə əsasən media qurumlarının şəxsi həyat barəsində məlumatları maraqlı tərəfin yazılı və yaxud açıq razılığı olmadan ictimailəşdirməsi qəti şəkildə qadağandır. Bu hadisədən əvvəl mən şəxsən ARB kanalının rəhbərliyinə gedərək ailəmin reytinq mövzusuna çevrilməməsi ilə bağlı açıq xəbərdarlıq etmişdim. Buna baxmayaraq xəbərdarlığım nəzərə alınmamış, əksinə, bilə-bilə, qərəzli şəkildə bu mövzu efirə daşınmışdır. Bu, təkcə peşə etikası qaydalarının deyil, həmçinin mənəvi dəyərlərin və insan ləyaqətinin kobud şəkildə tapdanmasıdır.

Bu səbəbdən, məsələ ilə bağlı: göstərilən hüquq pozuntusunun araşdırılmasını, ARB televiziyasının və veriliş aparıcısının məsuliyyətə cəlb olunmasını,

gələcəkdə bu kimi halların təkrarlanmaması üçün hüquqi tədbirlərin görülməsini xahiş edirəm.

Ailəmin və şəxsi həyatımın reytinq məqsədilə müzakirə predmetinə çevrilməsi qəbuledilməzdir və mən bu məsələnin hüquqi müstəvidə izləyicisi olacağam",-deyə aktrisa müraciətində qeyd edib.

Hazırladı: Jalə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi