azia.az
azia.az

“İnsanları nə qədər cərimə etmək olar?” -Deputat Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətindən narazıdır

Dünən, 23:14

“Bu günə qədər Yerüstü Nəqliyyat Agentliyini müxtəlif formalarda müdafiə etmişəm, amma artıq müdafiə edə bilmirəm və edə də bilmərəm”.

Xəbər verilir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev deyib:

“Həqiqətən də xeyli zaman keçib və bu müddət ərzində yollarda nizam-intizam formalaşmalı idi. Dayanma-durma ilə bağlı qaydalar artıq yerinə oturmuş olmalıydı.

Mən düşünürdüm ki, görülən tədbirlər bir neçə eksperiment kimi həyata keçiriləcək, sonra onun mənfi və müsbət tərəfləri analiz olunacaq və məsələ öz həllini tapacaq. Amma bu gün belə görünür ki, dövlət qurumu əsasən cərimə kəsilməsi ilə məşğuldur. Bu isə düzgün yanaşma deyil.

İnsanları nə qədər cərimə etmək olar? Əgər sən vətəndaşa alternativ təqdim etmirsənsə, onun cərimə edilməsi həm qanunsuzluğa, həm də sosial ədalət prinsiplərinin pozulmasına səbəb olur. Bu yanaşma qəbul edilə bilməz”.

Şəbnəm


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi