azia.az
azia.az

MEK tərəfindən akademik Adil Qəribovun biblioqrafik göstəricisi tərtib olunub

Dünən, 22:54

MEK-in İctimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə MEK tərəfindən akademik Adil Qəribovun biblioqrafik göstəricisi tərtib olunub

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının tərtibatında radiasiya kimyası sahəsində görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müşaviri akademik Adil Qəribovun 75 illiyi münasibətilə alimin həyatı və elmi fəaliyyətini əks etdirən biblioqrafik göstərici çapdan çıxıb.

Əmək fəaliyyətinə AMEA Radiasiya Tədqiqatları sektorunda başlamış akademik Adil Qəribov Azərbaycanda kimya elminin inkişafında xüsusi xidmətləri olub. Milli Nüvə Tədqiqatları Mərkəzi QSC-nin sədri kimi akademik A.Qəribovun rəhbərliyi ilə ilk nüvə və infrastrukturu formalaşıb. Onun tədqiqatlarının nəticələri neftin katalitik krekinqi proseslərində tədbiq üçün tövsiyə olunmuş, alimin nüvə parçalanma proseslərinin enerjisini birbaşa hidrogen vasitəsilə çevrilmə üzrə aldığı nəticələr İ.V.Kurçatov adına Atom Enerjisi İnstitutunda yeni hibrid tipli nüvə reaktorlarının elmi əsaslarının işlənməsində istifadə olunub. 

Akademik 500 elmi əsərin, 20-dək müəlliflik şəhadətnaməsinin və patentin müəllifidir. O, “Şöhrət” ordeni və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi”, “Heydər Əliyevin 100 illiyi” yubiley medalları ilə təltif edilib.

Vəsaitin elmi redaktoru MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktorları Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə Biblioqrafik informasiya xidməti sektorunun müdiri Aygün Əliyevadır.

AMEA Rəyasət Heyətinin qərarına əsasən nəşr olunan göstəricidə görkəmli alimin həyatı, elmi məqalə, məruzə müsahibə və çıxışları əks olunur. 

Biblioqrafiya nüvə fizikası sahəsində çalışan alim və mütəxəssislər, həmçinin geniş oxucu kütləsi üçün dəyərli elmi mənbədir.

 



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi