azia.az
azia.az

“Üzbəüz gələndə əldən-ayaqdan gedirlər, boynuma sarılırlar, amma həyatda əsl aktyordurlar” - ÖZƏL + FOTO

Dünən, 22:50

Meyxanaçı Vüqar Əbdülov həmkarı Namiq Qaraçuxurlu və Namiq Məna ilə bağlı qalmaqallı açıqlama verib.

Medianews.az xəbər verir ki, "Rəngarəng" verilişində danışan Vüqar həmkarlarının meyxana üçün heç nə etmədiyini bildirib:

"Meyxana sənətində heç kim heç nə etməyib. Namiq Qaraçuxurlu istedadlıdır. Amma cəmi bir kaseti olub. Qalanları öz karyerası üçün edib. Adını, brendini düzəltmək üçün özü üçün oxuyub. Namiq Məna da heç nə etməyib. Bu dədiqə Yazçılar Birliyinin üzvüdür (AYB Qubadlı Regional Bölmənin sədri - red.), nə rəqs, nə alət, nə başqa şey yazıb. Mənim 20 dənə meyxanam var, hamısını öz cibimdən etmişəm. Demişəm, sənət üçün qalsın. Meydan yoxdur. Muğam oxuyurlar, amma onu 10 ayda 1 dəfə toyda istəyərlər. Meyxana da eyni”.

Medianews.az-a açıqlama verən bədihəçi-şair Namiq Məna həmkarlarının heç bir sözünə əhəmiyyət vermədiyini bildirib:

“Onların fikri mənim üçün önəmli olmadığı üçün bir o qədər də əhəmiyyət vermirəm. Çünki mənim gördüyüm işləri, çəkdiyim zəhməti, əziyyəti kimsə görmürsə, demək ki, görmə qabiliyyətində problem var. Mən Yazıçılar Birliyinin Şərqi Zəngəzur regional bölməsinin rəhbəriyəm. Bu da 6-7 rayonu əhatə edir. Eyni zamanda digər mədəniyyət sahələrində də çalışıram. Özüm haqda nəyisə danışmağı xoşlamıram. Bilirsiniz ki, bədihəçi-şair kimi Amerikaya qədər gedib çıxmışam. Beynəlxalq Muğam Festivalına bədihə janrında deyə-deyə sazın müşayiəti ilə aparıcılıq etmişəm. “De gəlsin” meyxana yarışmasının qalibi olmuşam. Mənim təşəbbüs və xahişimlə bu layihəni Atv kanalında “Sözüm var” adı ilə yenidən başlatmışıq. Bunlar saydığım, sadaladığım 1-2 nüansdır”.

Namiq Məna bildirib ki, efirlərdə onun haqda rahat danışan həmkarları, onunla həyatda üz-üzə gələndə başqa münasibət göstərirlər:  “Ən azından gedib aparıcıya şikayət etməzlər. Kiminsə sözü varsa özümə zəng edib desin, mən ona aydınlıq gətirim. Sənət yoldaşlarımın bu cür qısqanclıq və paxıllığına çox təəssüf edirəm. Üzbəüz gələndə adam üçün əldən-ayaqdan gedirlər. Elə mehribanlıq edirlər, boynuma sarılırlar ki, heç onlara deyəcəklərim yadıma düşmür. Şeytan xislətli insanlar cəmiyyətdə çoxdur. Əsl aktyorlar səhnədə olur, amma görürsən ki, həyatdakı peşəkar aktyorların sayı daha çoxdur. Arxada başqa cür danışırlar. Belə qeyri-ciddi ifadələrə o qədər də əhəmiyyət vermirəm. Mənim haqda ciddi adamlar nəsə desələr əhəmiyyət verərəm. Masazır yolunda “    De gəlsin” restoranım fəaliyyətə başlayıb. Buranı sənət ocağı kimi qorumağa çalışırıq. Həm muğam, həm saz ifaları səsləndirilir, bədihə janrının təbliğatına geniş yer verilir. Məqsədimiz milli, folklor janrımızı təbliğ etməkdir”. 

Əli Əsgər


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi