azia.az
azia.az

“Ey Amerika, bizim tərəfimizdəsən, yoxsa PYD və YPG-nin?”

10-02-2016, 18:36

“Ey Amerika, bizim tərəfimizdəsən, yoxsa PYD və YPG-nin?” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı kürd qruplaşması PYD-ni və onun silahlı qanadı YPG-ni terror təşkilatı kimi tanımayan ABŞ-ı yenidən tənqid edib.
Prezident Ərdoğan 20-ci muxtarlar toplantısında çıxışında bildirib ki, PKK ilə PYD və YPG-nin bir fərqi yoxdur: “Amerikaya deyirik ki, bunlar terror təşkilatlarıdır, cavab verirlər ki, onları terror təşkilatı olaraq görmürük. Ey Amerika, siz bizim tərəfimizdəsiniz, yoxsa PYD-nin, YPG-nin? Siz bu təşkilatları bizə tanıda bilməzsiniz. Biz bunları çox yaxşı bilirik. Amma bunların heç birini bu günə qədər tanıya bilməmisiniz. Ona görə də, bu gün bölgə qan içindədir. Bu necə ortaqlıqdır? Anlamaq mümkün deyil”.
Xatırladaq ki, ABŞ-ın Dövlət Departamentinin sözçüsü Con Kirbi PYD və YPG-ni terror təşkilatı kimi tanımadıqlarını bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi