Bioloji qocalmanın başladığı yaş açıqlandı
Azia.az xəbər verilir ki, almaniyadan olan tədqiqatçılar belə qənaətə gəliblər.
Alimlər doğumdan 18 yaşa qədər olan 280 nəfərin qan nümunələrini analiz ediblər. Onlar iki parametri qiymətləndiriblər: rDNT nüsxələrinin sayı və onların metilasiya səviyyəsi - gen aktivliyini "söndürən" kimyəvi marker. Məlum olub ki, uşaq və yeniyetmələrdə aktiv (metilləşməmiş) nüsxələrin sayı azalmır, əksinə, bir qədər də artır. Bu o deməkdir ki, hüceyrələr yeniyetməlik dövründə rDNT funksiyasını "gənc" vəziyyətdə saxlayırlar.
Yetkinlərdə əks proses müşahidə olunur: yaşla aktiv nüsxələrin sayı azalır, metilasiya səviyyəsi isə yüksəlir. Alimlərin fikrincə, bu cür dəyişikliklər hüceyrə qocalmasının etibarlı biomarkeri rolunu oynayır.
"Bizim məlumatlarımız göstərir ki, gənclərin toxumalarında aktiv rDNT-nin vəziyyəti molekulyar səviyyədə saxlanılır. Bu, hüceyrə gəncliyinin qorunmasının təbii mexanizminin bir hissəsi ola bilər", - müəlliflər qeyd edirlər.
Tədqiqat həmçinin göstərdi ki, rDNT dəyişiklikləri uşaqlarda inkişaf geriliyi ilə əlaqəli deyil və buna görə də erkən patologiyalara səbəb olmur.