Axşam Hazırlayıb SƏHƏR İÇİN - Qaraciyəri, Damarlardakı Xolesterini TƏMİZLƏYİR
Bəlkə də çoxunuz adicə kişmiş suyunun nələrə qadir olduğunu bilmirsiz. Bəli düz eşitdiyiniz. Bu gün Bir Bax kanalında asanlıqla hazırlanan, çox faydalı bir qarışımdan – kişmiş suyundan danışacağıq.
Dəyərli izləyicilər bu kimi videoların davamı üçün videomuzu bəyənib, şərh yazıb, kanalımıza abunə olmağınızı sizdən xahiş edirik. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir.
Qarışımı hazırlamaq üçün bizə təmiz qara kişmiş lazımdır. Bəs niyə ağ kişmiş yox da, məhz qara? Qara kişmişin müalicəvi təsiri ağ üzümünkündən daha çoxdur. Bu fakt mütəxəssislər tərəfindən də təsdiqlənib.
İlkin olaraq qara kişmişi yaxşıca yuyub, tam olaraq təmizləmək lazımdır. Bir litr suya 1 xörək qaşığı kişmiş bəs edir. Bir qaba kişmişi qoyub üzərinə yarım litr soyuq su tökün. Bir saat gözlətdikdən sora suyunu atıb kişmişin dənələrini termosa qoyun. Termosa qoyduğunuz kişmişlərin üzərinə qaynamış bir litr su əlavə edib qapağını bağlayın. Bir saat gözlətdikdən sonra qarışım istifadəyə hazırdır. Qarışımın içindəki kişmiş gilələrini də yeyə bilərsiniz. Gündə bir dəfə yeməkdən 30 dəqiqə əvvəl bir stəkan içilməlidir. Müalicə kursunu 10 günə qədər davam etmək olar.
Kişmiş qurudulmuş üzümddən əldə edilən quru meyvədir. Kişmişin tərkibi mineral duzlar, orqanik turşular və vitaminlərlə zəngindir. Onun tərkibində olan qlükoza və fruktozanın miqdarı üzümün tərkibindən 8 dəfə çoxdur.
Kişmişin tərkibi kaliumla çox zəngindir. 100 qram üzümdə 860 mq kalium var. Onun tərkibi fosfor, natrium, kalsium, dəmir, maqnium, B1, B2, B5 və PP vitaminləri ilə zəngindir. Kişmişin tərkibində olan niasin və nikotin turşusu maddələr mübadiləsinin yaxşılaşmasına, fermentlərin miqdarının normallaşmasına səbəb olur ki, bu da züllalların mübadiləsini yaxşılaşdırır.
Kişmiş yemək mərkəzi sinir sisteminin möhkəmlənməsinə səbəb olur, əsəb sistemini sakitləşdirir, sinir impulslarının normal ötürülməsini təmin edir. Əsəbləri narahat olan, hər şeyə qıcıqlanan adamlar 1 çay qaşığı kişmişi axşamdan soyuq suda isladıb səhər onu çoxlu çeynəyərək suyu ilə birlikdə udsalar, gün boyu əsəbləri sakit olar.
100 qram kişmiş ət maşınından keçirilir və 1 stəkan suda 10 dəqiqə qaynadılıb tənzifdən süzülür. Bu dəmləməni içmək arterial təzyiqi aşağı salır. Gün ərzində bundan 2 dəfə istifadə edilərsə, yüksək təzyiqdən əziyyət çəkənlərin təzyiqi normaya düşür. Bundan başqa dəmləmə qaraciyər və öd kisəsi xəstəliklərinin müalicəsi zamanı çox faydalıdır.
100 qram kişmiş qaynar suda 10 dəqiqə dəmlənir, üzərinə 1 xörək qaşığı soğan suyu əlavə edilib gündə 3 dəfə, hər dəfə yarım stəkan içildikdə öskürək kəsilir. Bu resept ən güclü öskürəyi kəsmək qabiliyyətinə malikdir. Bundan başqa güclü öskürək zamanı 30 qram kişmiş qaynadılıb soyumuş suda islanır və 2 saat sonra qaynar südə qatılıb yatmazdan əvvəl içilir, kişmişlər isə çeynənib yeyilir. Ağciyər problemləri olan xəstələr də bu içkidən istifadə etsələr, şəfa taparlar.
Əllərdə olan oynaqlara duz yığılması zamanı kişmişdən hazırlanan içkidən istifadə etmək yaxşı nəticə verir. Onu hazırlamaq üçün 1 kq təbii balı 1 kq tumsuz kişmiş ilə qarışdırın. Hər səhər yeməyindən əvvəl bu qarışımdan 100 qr yemək lazımdır. Bu minvalla 20 gün davam etməlidir. 20 gün fasilə verildikdən sonra yenidən iyirmi gün eyni şəkildə qəbul edin. Müalicə kursunun müddəti 1 ildir.
Bu quru meyvə həm də qızdırmanı aşağı salır. Hazırlamaq üçün 2 xörək qaşıqı ağ kişmişi 1 stəkan suda 5 dəqiqə qaynadın. Hər yeməkdən əvvəl qəbul edin.Bütün sadalanan faydalardan başqa kişmişin bəzi zərərli xüsusiyyətləri də var.
Kişmişdən istifadə etməzdən əvvəl onu yaxşıca yumaq lazımdır. Onu hətta sənaye üsulları ilə qurutduqda üstünə zərərli maddələri toplaya bilir. Nəmişlikdə saxlanılan kişmiş orqanizm üçün zərərli ola bilir. Şəkərli diabet xəstələrinə çoxlu miqdarda kişmiş yemək məsləhət görülmür. Açıq formalı vərəm xəstələrinə kişmiş yemək məsləhət görülmür. Allergiyalıı xəstələr kişmiş yeyərkən diqqətli olmalıdırlar. Kişmiş qastrit xəstəliyi olanlara da əks göstərişlidir.