azia.az
azia.az

Koronavirusun ağır formasının ən zəruri əlaməti aşkarlandı

29-04-2020, 12:54


"Tənəffüs çatışmazlığı xəstəliyin daha ağır formada keçməsinin əlamətidir", - o bildirib. Avdeyev belə olan halda həkimlərə müraciət etməyi və xəstəxanaya yerləşdirilməyə hazır olmağı tövsiyə edib.
Koronavirusun ağır formasının ən zəruri əlaməti aşkarlandı
O, xəstələrə fəsadlardan qaçmaq üçün öz səhhətlərini izləməyi məsləhət görüb. Avdeyev eyni zamanda əlavə edib ki, koronavirus infeksiyası daha tez yüngül formada keçir. "COVID-19-a yoluxan hər kəs üçün xəstəxanaya yerləşmə tələb olunmur: xəstələrin əksəriyyəti evdə həkimlərin nəzarəti altında müalicə oluna bilər", - deyə Avdeyev qeyd edib.

Bundan əvvəl ABŞ həkimlərinin koronavirusun yeni simptomlarını aşkarladığı barədə bildirilib. Bunlar titrətmə, əzələ, baş, boğaz ağrıları, habelə dad və qoxu hissinin itkisidir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.(Report)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi