azia.az
azia.az

““Qanlı Yanvar” filminin nümayişi bizim üçün fəxrdir”

20-04-2016, 10:16

 ““Qanlı Yanvar” filminin nümayişi bizim üçün fəxrdir” İranda “Fəcr” kino festivalı keçirilir. Azərbaycan bu festivalda rejissor Vahid Mustafayevin “Qanlı Yanvar” filmi ilə iştirak edir.
Bu film festivalı 34-cü dəfədir İranın paytaxtı Tehranda keçirilir. Festivalda müxtəlif ölkələr müxtəlif kinolarla iştirak edir. Festival iki hissədən ibarətdir. Birincisi müsabiqə hissəsidir ki, burda müxtəlif filmlər yarışacaqlar, müxtəlif təltiflər və hədiyyələr veriləcək. İkinci hissə bazar və market hissəsidir. “Qanlı Yanvar” filmi festivalın hər iki hissəsində iştirak edəcək.
Artıq İranda dərc olunan müxtəlif mətbuorqanlar və elektronik KİV-lər “Qanlı Yanvar”ın festivalda iştirakı barədə xəbərlər yayıblar. “Fəcr” film festivalının direktoru Əmir İsfəndiyari “Qanlı Yanvar” filmini daha əvvəl izlədiklərini bildirib. İsfəndiyari, müxtəlif festivallarda iştirak edərək mükafatlarla təltif olunmuş bu filmi nümayiş etdirməyi özləri üçün fəxr hesab etdiyini ifadə edib. Həmçinin “Fəcr” film festivalında öz məhsullarını təqdim etmək üçün ANS Şirkətlər Qrupuna və “Bakıfilm” kinostudiyasına aid pavilyon var.
"Qanlı Yanvar" filmi bundan əvvəl də beynəlxalq kino festivallarında iştirak edərək müxtəlif mükafatlara layiq görülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi