Xəzər dənizində ölən Qazaxıstan hərbçilərinin sayı 14-ə ÇATDI
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizində hərbi təlimlər zamanı həlak olan hərbçilərin sayı 14 nəfərə çatıb.
Xəbər verilir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Xəzər dənizinin akvatoriyasında itkin düşmüş iki hərbçinin meyiti tapılıb. Bununla da axtarış əməliyyatı başa çatıb.
Xatırladaq ki, faciə sentyabrın 24-də döyüş-təlim tapşırığı yerinə yetirilərkən baş verib. Hava şəraitinin qəfil və kəskin pisləşməsi nəticəsində açıq dənizə aparılan 17 hərbçidən 3-ü xilas edilib, 14-ü isə həlak olub.