Bulvarda rəqs məkanı yenidən fəaliyyətə başlayır
Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsi əsasında Bakı Bulvarında təşkil edilən açıq havada rəqs məkanı 25 iyun 2016-cı il tarixindən etibarən hər həftəsonu yenidən fəaliyyətə başlayır. Rəqslərin hər həftənin şənbə və bazar günləri saat 19:00-dan gecə gec saatlarınadək davam etməsi nəzərdə tutulur.
Tədbirlərdə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi ilə əlaqədar müxtəlif xalqların rəqsləri nümayiş etdirilir.
Qeyd edək ki, rəqslər 17-19 iyun 2016-cı tarixində paytaxtımızda keçirilən “Formula 1” Qran Pri yarışı ilə əlaqədar bağlı olması səbəbilə bir müddət keçirilib.
Paytaxt sakinləri və şəhərimizin qonaqlarını rəqs məkanına müxtəlif xalqların rəqslərini izləməyə dəvət edirik.