Prokurorluq işçilərinin peşə bayramı münasibətilə ağacəkmə kampaniyası təşkil olundu - FOTO
Milli prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümü, habelə 1 oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə sentyabrın 24-də Baş Prokurorluq, Hərbi Prokurorluq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları, prokurorluğun veteranları, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi, nazirliyin əməkdaşları, eləcə də könüllülərin iştirakı ilə növbəti ağacəkmə kampaniyası keçirilib.
Xəbər verilir ki, tədbir çərçivəsində Abşeron yarımadasında və Naxçıvan Muxtar Respublikasında torpaq-iqlim şəraitinə uyğun ümumilikdə 1200-dən çox zeytun və Eldar şamı ağacları əkilib.
Kampaniyadan sonra Baş prokuror Kamran Əliyev prokurorluğun veteranları ilə görüşərək onlarla səmimi söhbət edib.