azia.az
azia.az

Həbsdə olan azərbaycanlı müğənni övladını ilk dəfə gördü - VİDEO

8-04-2017, 09:57

Həbsdə olan azərbaycanlı müğənni övladını ilk dəfə gördü - VİDEO


Onu qınayanlara aktyor sərt reaksiya verib

Atam xəstə halda əziyyətimi çəkib, ondan üzr istəyirəm. Əməkdar artist Rəhman Rəhmanovun həbsdəki oğlu, müğənni Emil Rəhmanov ilk dəfə oğlunun üzünü görüb. İstiPress-in məlumatına görə, bu görüş ARB TV-də yayımlanan "Elin gözü" verilişində baş tutub.

Verilişin budəfəki buraxılışında aktyor Rəhman Rəhmanovun həbsdə olan oğlu müzakirə edilib. Verilişdə əməkdar artist Rəhman Rəhmanovla yanaşı, müğəninin dostları və həmkarları da iştirak edib.

Oğlunu ilk dəfə görən müğənni Emil Rəhmanov bunları söyləyib: "Allah sizdən razı olsun. Mənim üçün böyük hədiyyə oldu bu. Övladım anadan olandan mən onun üzünü görməmişdim. Cəzamın bitməsinə az qalıb deyə, mən onu indi görmək istədim. Daha əvvəl görsəydim, cəzamı çəkmək daha çətin olardı mənə. Çox darıxardım, fikrim qalardı onun yanında. Mənə çox oxşayır. Cavanlıq səhvinə görə düşdüm bura. Bəzi dırnaqarası "dostlar"a inandım, axırı da belə oldu. Yəqin ürəiyimin təmizliyinə görə oldu. Sənət adamı, kövrək insan olduğum üçün ailədən uzaq qalmaq daha ağır gəlir mənə. Atam çox əziyyət çəkib. Həmişə ona çox əziyyət vermişəm. İnşallah, bu son olar. Atam deyirdi ki, sən oxuyanda fəxr edirəm, amma belə şeylər olanda ömrümdən 10 il gedir. Yəqin burdan çıxandan sonra başım övladıma qarışar. Atam xəstə halda uzun illər əziyyətimi çəkib. Bu illərə görə atamdan üzr istəyirəm, haqqını halal eləsin. 10 ildən çox həbsdə olmuşam".

Verilişdə aktyor Rəhman Rəhmanovla tamaşaçılar arasında gərgin anlar da yaşanıb. Onu qınayanlara aktyor sərt reaksiya verib.

Qeyd edək ki, müğənni Emil Rəhmanov Şəbnəm Bəndəliyeva adlı xanımla 2014-cü ilin aprel ayında evlənib. Onların birgə həyatı uzun sürməyib. Cütlük 19 mart, 2015-ci ildə rəsmən boşanıblar. Emil Rəhmanov İlk dəfə 2008-ci ildə soyğunçuluq etməkdə təqsirləndirilərək həbs olunub. O, 6 il azadlıqdan məhrum edilmişdi. Daha sonra isə 2016-cı ilin yanvarında yenidən həbs edilib və 2 illik müddətə azadlıqdan məhrum edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi