Yapon alimlər yeni dişlər çıxaran dərman HAZIRLADI
Yapon alimləri yeni dişlər çıxarmağa imkan verən unikal innovativ dərman hazırlayıblar.
Redaktor.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, bu dərman protez və implantlara alternativ ola bilər. Araşdırma qrupunun rəhbəri Katsu Takahaşi qeyd edib ki, bu, qlobal elmi ictimaiyyət üçün tamamilə yeni texnologiyadır.
11 ay ərzində siçanlar və ferretlər üzərində aparılan sınaqların birinci mərhələsi müsbət nəticələr verib - gəmiricilər yeni dişlər çıxarıb.
Xatırladaq ki, 2024-cü il sentyabrın 1-də Kyoto Universitetinin yapon alimləri Kitano Hospital saytında məlumat verildiyi kimi dişlərin bərpası üçün dərmanın klinik sınaqlarına başlayıblar. Onlar 2025-ci ilin avqustunda tamamlanacaq. Hər şey plana uyğun getsə, dərman 2030-cu ildə satışa çıxarılacaq. Tədqiqatda ən azı bir azı dişi itmiş 30-65 yaş arası 30 kişi iştirak edəcək. Sınaqın birinci mərhələsi başa çatdıqdan sonra preparat doğuşdan ən azı dörd dişi əskik olan 2 yaşdan 7 yaşa qədər olan xəstələrdə sınaqdan keçiriləcək.
Turan İSMAYIL