Səhər yeməyində pomidorun ZİYANLARI
Pomidor üzərində aparılan araşdırmalar nəticəsində məlum olub ki, onu səhər saatlarında yemək insan sağlamlığı üçün təhlükə yaradır.
Xəbər verilir ki, pomidorda turşu yüksək səviyyədədir. Buna görə də, səhər ac qarnına yeyilməsi reflü və qastrit kimi mədə problemlərinə səbəb olur.
Bundan əlavə, pomidorların həddindən artıq istehlakı oynaqlarda kalsium əmələ gətirən solanin adlı bir alkaloidin yığılmasına səbəb olur. Onun yüksək kalium tərkibi isə böyrək problemlərinə səbəb olur.
Qeyd edək ki, pomidorun düzgün istifadə qaydası bişirilərək yeyilməsidir.
Məryəm İlhamqızı