azia.az
azia.az

“Leyli və Məcnun” operası Varşavada Kral Sarayında səslənib

25-05-2016, 04:44

“Leyli və Məcnun” operası Varşavada Kral Sarayında səslənib Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşava şəhərindəki Kral Sarayında “Leyli və Məcnun – ilk Azərbaycan muğam-operası”adlı konsert təşkil edilib.

Gün.Az-a səfirlikdən verilən məumata görə, konsertdə Polşanın hökumət nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik missiya və beynəlxalq təşkilatların rəhbərləri və üzvləri, ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimləri, Azərbaycan icmasının üzvləri, iş adamları və jurnalistlər iştirak ediblər.
Kral Sarayının əməkdaşı Aleksandra Buşta qonaqları salamlayaraq “Leyli və Məcnun” muğam-operasının yaranma tarixi, operanın məzmunu və müəllifi Üzeyir Hacıbəyov haqqında məlumat verib. Şərq dünyasında ilk operanın məhz Azərbyacanda yarandığını qeyd edən A.Buşta, belə möhtəşəm musiqini Varşavada Kral Sarayında dinləmək imkanını çox yüksək qiymətləndirib.
Konsertdə Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə Azərbaycandan dəvət olunmuş muğam ifaçıları Eytiram Hüseynov, Arzu Əliyeva, musiqiçilər Rövşən Qurbanov (tar), Xəyyam Məmmədov (kamança), Kamran Kərimov (nağara), Təranə Əliyeva (qanun) və Şirzad Fətəliyevin (balaban) ifasında səslənən “Leyli və Məcnun” muğam-operası qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi