azia.az
azia.az

Yer kürəsində güclü maqnit qasırğası BAŞLADI

1-11-2021, 11:35

Yer kürəsində güclü maqnit qasırğası BAŞLADI
Günəşdə baş verən partlayış nəticəsində Yer kürəsində maqnit qasırğası başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "RIA Novosti" Lebedev Fizika İnstitutunun Günəşin Rentgen Astronomiyası Laboratoriyasına istinadla məlumat yayıb.

Mütəxəssislərin proqnozuna görə, bu, bazar ertəsi, noyabrın 1-i günortaya qədər davam edəcək.

Qeyd edilib ki, fırtına zəifdir, onun səviyyəsi G1 olaraq müəyyən edilib.

Yerin maqnit sahəsinin Günəşin atdığı plazma ilə ilk təması oktyabrın 30-da səhər, Bakı vaxtı ilə təxminən saat 11:00-da baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi