Günəş AKTİVLƏŞİB – Oktyabr ayında fəlakətlər gözlənilir – RƏSMİ+ÖZƏL
“Hazırda maqnit tsiklinin aktivləşməsinin ilkin fazasıdır. Bu da 11 il davam edəcək”.
Bu barədə Bizim.Media-ya açıqlamasında AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Yağışlı hava neçə gün davam edəcək?
Onun sözlərinə görə Günəş yavaş-yavaş oyanmağa başlayıb və maqnit minimumu həmişəkindən çox uzun çəkib:
“Günəşdə ləkələr artıq başlayıb və tədricən bu ləkələr çoxalmağa başlayacaq. Maqnit sahələri çoxaldıqca isə alışmalar və güclü partlayışlar əmələ gəlməyə başlayacaq. Partlayışlar və alışmalar yerə tərəf tuşlananda zəif, yaxud güclü maqnit qasırğaları yaranır. Dünən müşahidə etdik və qasırğalar sarı rəngdə idi. Bu qasırğalar Günəşdəki prosesdən asılı olaraq yaxın günlərdə güclənə bilər. Yəni tendensiya budur”.
Namiq Cəlilovun sözlərinə görə insanların hiss edə biləcəyi güclü maqnit qasırğaları olacaq:
“Güclü maqnit qasırğalarının olacağını ən azı 3 gün əvvəl bilirik və bu barədə xəbərdarlıq edirik. Maqnit sahəsində təlatümlər varsa və biz də onun içindəyiksə, qan fəaliyyətimizə təsir edir. Plazmada ionların hərəkətinə maqnit sahəsi təsir edir. Əgər o artırsa, silkələnirsə və ya azalırsa ürək-damar xəstəliyi olanlar onu hiss eliyir. Baş ağrıları zəiflik, iştahasızlıq kimi əlamətlər artır. Amma çox güclü qasırğalar olanda o texnogen fəlaəkətlərə də gətirib çıxara bilər. Bu isə çox nadir hallarda olur. Günəşdən əlavə aktiv ulduzlar var. Yer üzündə həyat ona görə mövcuddur ki, Günəş sakit ulduzdur”.
Xatırladaq ki, xarici media oktyabr ayında güclü maqnit qasırğaların olacağı ilə bağlı xəbərdarlıqlar edir.
Məlumata görə ciddi maqnit qasırğası qısamüddətli olmaqla oktyabrın 10-da gözlənilir. Kifayət qədər güclü və uzunmüddətli geomaqnit dalğasının isə ayın son ongünlüyündə baş verəcəyi deyilir.
Alçina Amilqızı, Bizim.Media