azia.az
azia.az

İnsan smartfonsuz nə qədər qala bilər? - ARAŞDIRMA

3-07-2016, 04:34

İnsan smartfonsuz nə qədər qala bilər? - ARAŞDIRMA Britaniya və Almaniya alimləri insanın nə qədər vaxt mobil telefonsuz qala biləcəyini müəyyən edib.

İKT.lent.az-ın “iLenta.com” saytına istinadən məlumatına görə, tədqiqatda müxtəlif yaşlı kişi və qadınlar iştirak ediblər. Araşdırma aparanlar onlara on dəqiqə ərzində otaqda olmağı təklif ediblər.

Məlum olub ki, bu müddət ərzində tədqiqat iştirakçıların hər biri heç olmasa 44 saniyədən bir smartfondan istifadə edib. Qadınlar daha çox müddətdə - 57 saniyə ərzində smartfona toxunmayıblar. Kişilər isə telefonsuz cəmi 21 saniyə qalıblar.

Tədqiqat iştirakçıları bildirib ki, smartfonsuz 2-3 dəqiqə qala biliblər.

Tədqiqatçılar hesab edir ki, bu səhv insanın cihazlardan asılı olduğunu bir daha təsdiq edir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi