Üzənləri videoya çəkən yeniyetmə onları köpək balığından xilas etdi - VİDEO
Avstraliyanın Forster şəhərində yeniyetmə oğlan dronu sayəsində üzən şəxslərə yaxınlaşan ağ köpək balığını görüb və onları xilas edib. 17 yaşlı Kemeron Qreys ailəsi ilə birlikdə Forsterdə dincəlirmiş. Həmin gün o Meyn biç çimərliyində kvadrokopterini havaya qaldırıbmış. Çəkiliş zamanı gənc üzgüçülərin cəmi bir neçə metrliyində böyük ağ köpək balığı görüb. Gənclər isə bundan xəbərsiz halda üzüblər. Qreys gördüklərini xalası Reyçel Uolterə danışır. O da öz növbəsində dərhal suya tərəf qaçaraq, üzgüçüləri təhlükə barədə xəbərdar edir. “Mən suya tərəf qaçıb, əllərimi havada yelləməyə və onları sahilə çıxmağa çağırdım. Onlar nə baş verdiyini anlamırdılar”, - deyə R.Uolter baş verənləri şərh edib.Qeyd edilir ki, adamyeyən-köpək balığı kimi də tanınan yırtıcı balıq 2,5 metr uzunluqda olub.//Oxu.az