azia.az
azia.az

Azərbaycanda ərdən DƏHŞƏTLİ əməl: Yatdığı yerdə arvadını butulka ilə.../FOTO

7-01-2019, 16:43


Azərbaycanda ərdən DƏHŞƏTLİ əməl: Yatdığı yerdə arvadını butulka ilə.../FOTO
Azia.az xəbər verir ki, Bununla bağlı qadının qohumları "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinə müraciət edib. Bildirilib ki, qadının həyat yoldaşı içki alüdəçisi olub. Gecə saatlarında evə içkili vəziyyətdə gəlib və heç bir səbəb olmadan qadını döyüb.
Şəmkirdə qadın həyat yoldaşı tərəfindən döyülərək ölümcül hala salınıb.Şəmkirin Qaracəmirli kənd sakini, 1985-ci il təvəllüdlü Kazımova Gülnarə Zakir qızı evində həyat yoldaşı tərəfindən döyülüb.

"Təmiz Dünya Qadınlara Yardım" İctimai birliyinin rəhbəri Mehriban Zeynalovanın Oxu.Az-a verdiyi məlumata görə, qadın onlardan kömək istəyib:

"Bu qadını həyat yoldaşı içki şüşəsi ilə döyüb. Ailənin iki uşağı var. Qadın daha əvvəldə bu cür ağır zərbələrə məruz qalıb, lakin övladlarına görə səbr edib. Lakin bu dəfə yoldaşı onu çox ağır vəziyyətə salıb. Hazırda polis əməkdaşları ilə əlaqə saxlanılıb. Qadını döyən əri dərhal saxlanılıb".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi