Içkili ər, arvadını döyərək xəstəxanalıq etdi
Içkili ər, arvadını döyərək xəstəxanalıq etdi
Sumqayıtda ər içki üstündə arvadını döyüb.
Reportun yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Novruz qəsəbəsində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü İsmayılova Hürü Nazim qızı yaşadığı Sumqayıt şəhəri Novruz qəsəbəsi ev 11 mənzil 1 də əri tərəfindən döyülüb. Qadın aldığı ağır xəsarərlərlə xəstəxanaya çatdırılıb.
Məlumata görə , ər içki üstündə arvadını döyərək xəstəxanalıq edib. Faktla bağlı araşdırma aparılır.