azia.az
azia.az

Azərbaycanda avtomobil biznesi çökür

24-04-2017, 17:23

Azərbaycanda avtomobil biznesi çökür

Minik avtomobili idxalı azalmaqda davam edir. Xəbər verdiyimiz kimi, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycana 1431 ədəd nəqliyyat vasitəsi gətirilib. Bu, ötən ilin 3 ayı ilə müqayisədə 5% çoxdur. 2016-cı ilin birinci rübündə Azərbaycana 1362 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

azia.az Marja-ya istnadən xəbər verir ki, nəqliyyat vasitələrinin idxalında artım yük avtomobillərinin idxalının atmasından qaynaqlanıb.

Əslində minik avtomobillərinin idxalı 4% azalıb. Belə ki, bu ilin yanvar- mart aylarında 1185 ədəd minik avtomobili idxal olunub. Keçən ilin anoloji dövründə minik avtomobili idxalı 1235 ədəd təşkil etmişdi.

Keçən ilin ilk rübündə 97 ədəd yük avtomobili idxal olunarkən, bu ilin anoloji dövründə idxal 195 ədəd təşkil etmişdir. Yük avtomobili idxalındakı 98 ədədlik artım cəmi nəqliyyat vasitələrinin idxalının artmasında səbəb olub.

2017-ci ilin yanvar-mart aylarında ölkəmizə 25 ədəd avtobus, 1185 ədəd minik avtomobili, 195 ədəd yük avtomobili, 26 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub. 2016-cı ilin yanvar- mart aylarında Azərbaycana 19 ədəd avtobus, 1235 ədəd minik avtomobili, 97 ədəd yük avtomobili, 11 ədəd xüsusi təyinatlı avtomobil idxal olunmuşdu.

Minik avtomobili idxalının azalması rəsmi distribyutor və dilerlərin satışlarının çox aşağı qalmaqda olduğuna işarə edir.

Son iki ayda dolların manat qarşısında bir qədər ucuzlaşması avtomobil satışlarını cüzi canlandıra bilər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi