Azia.az -ın məlumatına görə Həmin gün evdə idim. Yoldaşım, demək olar ki, hər gün içib, evə gəlirdi. Həmin gün də evə içkili gəlmişdi. Sonra məni təhqir edib, vurmağa başladı. Mən cavab qaytaranda qaynanam mənim saçlarımdan tutaraq otağa apardı. Başıma çoxlu zərbələr vurmağa başladı.
Video Rusiyanın Stavrapol şəhərində çəkilib. Görüntülər bu ilin sentyabrın 20-də balaca qaynım tərəfindən çəkilib.
Azia.az.Az-ın xəbərinə görə, bu sözləri Azxeber.com-a açıqlamasında həyat yoldaşı və qayınanası tərəfindən zorakılığa məruz qalan Günel Mehdiyeva (ad şərtidir) deyib.
Onun sözlərinə görə, keçmiş həyat yoldaşının atdığı bu addımdan sonra Mingəçevir Şəhər Polis İdarəsinə rəsmi ərizə ilə müraciət edib.
“Hazırda həyat yoldaşım və onun qardaşları axtarışdadır”.
Qadın bildirib ki, daha sonra huşunu itirib və onu lüt soyundurub şəkillərini çəkiblər:
“Qaynanam həmin vaxt saçlarımı kəsdi, ərim Həsənov Elnur isə bədənimə bıçaqla xəsarətlər yetirdi. Üzərimdə siqaret kötüklərinin izi də var. Bunlarla bağlı bütün şəkilləri prokurorluğa təqdim etmişəm. Siz o videodan da görürsünüz ki, mən heç bir cavab vermirəm, susuram. Çünki özümdə deyildim, qaynanam dərman vermişdi”.
Azia.az: Xəyanətə görə arvadının başını qırxan kişini hansı cəza gözləyir? - VİDEO
G.Mehdiyeva həyat yoldaşının xəyanət ittihamlarına da cavab verib:
“Həmin şəxsi mən görməmişəm. Dediyi şəxs biz evlənmədən öncə yazışdığım birisi olub. Evlənəndən sonra heç kimlə əlaqəm olmayıb. Şəkildəki şəxs isə mənim xalamoğludur. Onlar, sadəcə, bunlardan istifadə edib məni pis çıxarmaq istəyirlər”.
Qadın əlavə edib ki, qaynı uşağını qaçıraraq Rusiyaya aparıb:
“Orada atasının yanındadır. Neçə aydır ki, uşağımı görmürəm. Artıq ərim də, qayınlarım da axtarışdadır. Polis onların evində axtarış aparacaq”.
G.Mehdiyeva həyat yoldaşı ilə münasibətlərindən danışıb:
“Mən 1994-cü il təvəllüdəm. 2013-cü ildə, 19 yaşımda ərə verilmişəm. Elə o vaxtdan bu adamın zülmünü çəkirəm. Onun ikinci ailəsiyəm. Məndən öncəki ailəsindən 12 yaşlı bir oğlu var. İndi o xanım da mənə bu məsələdə dəstək olur və biz bir yerdə mübarizə aparırıq. Qaldı ki münasibətimizə, bəli, hər zaman pis olub. O həmişə gəzib, məni aldadıb.
Heç bir zaman məni ailəsi olaraq görməyib. Ondan ayırılıb Mingəçevirə qayıtdım. Daha sonra anası və özü gələrək məndən üzr istədilər, geri çağırdılar. Getdim. Getməz olaydım. Başıma bu işləri açdılar.
Qızım azyaşlıdır. Ona mənim haqqımda olmazın yalanlar danışırlar. Qızımı mənə qarşı nifrətlə doldururlar. Hətta prokurorluğa şəkillər də göstərmişəm. Qızıma bıçaq verib bədənimə xəsarətlər yetirməsini istəyiblər. Uşağımı onların əlindən geri almaq istəyirəm”.