Prezident avtomobil yolunun tikintisinə 2,5 milyon manat ayırdı - SƏRƏNCAM
Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, yeni sərəncamla Bakı şəhəri Sabunçu rayonunun Maştağa-Bilgəh avtomobil yolunun tikintisi məqsədi ilə “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi və “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin edilməsi tapşırılıb.