İŞİD-in yaradılma səbəbi bilindi
ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsi və davamı olaraq Yaxın Şərq siyasəti yürütməsi İŞİD-in yaranmasına gətirib çıxardı.
Ölkə.Az axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə amerikalı filosof Noam Çomski çıxış edib.
O bildirib ki, Yaxın Şərqdəki məzhəb savaşlarının nəticəsi olaraq İŞİD vəhşiliyi yarandı:
"İŞİD-i sadəcə hərbi müdaxilə ilə məhv etmək mümkün olmayacaq. Onların köklərini məhv etməsək, əvəzində daha pisi gələcək. Kökünün nəyə söykəndiyini bilmədən bir terrorçunu məhv etmək mənasızdır. Bu gələcəkdə daha mənfi nəticələrə gətirib çıxara bilər. İllərdir ki, eyni halı yaşayırıq".