“Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi parlamentin növbədənkənar iclasında müzakirəyə çıxarılır.
Parlamnetdən Modern.az-a verilən məlumata görə, qanun layihəsinin ikinci oxunuşu iyunun 30-da keçiriləcək iclasda müzakirə ediləcək.
Qeyd edək ki, “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” parlamentin mayın 2-də keçirilən iclasında müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. Müzakirələr zamanı parlamentin spikeri Oqtay Əsədov və bir neçə deputat qanun layihəsinin bəzi məqamları ilə razılaşmadıqlarını bildirblər.