azia.az
azia.az

“Psixoloji yardım haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

18-01-2017, 14:26

“Psixoloji yardım haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq
Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib

Sozazadligi.org Trend-ə istinadən xəbər verir ki, iclasda komitənin ötən payız sessiyasında gördüyü işlər haqqında danışılıb və yaz sessiyasının iş planı təsdiq edilib.


Görülən işlər haqqında məlumat verən komitə sədri Əhliman Əmiraslanov bildirib ki, komitə ötən payız sessiyasında fəaliyyət göstərib. Ə.Əmiraslanov reseptsiz satılan dərmanların reklamı haqqında məsələni bir daha gündəmə gətirib:

"Azərbaycanda həkim resepti olmadan dərmanların geniş reklam olunmasının tərəfdarı deyiləm. Həkim resepti olmadan verilən dərmanların düzgün təyin edilmədən, doğru dozada müəyyən edilmədən qəbulu sonra ciddi fəsadlara gətirib çıxarır. Bəzən kimsə reklamda dərmana baxır, deyir ki, bu patoloji əlamətdən məndə də var. Dərmanı alıb qəbul edir. Amma sonra məlum olur ki, həmin dərman ona uyğun deyil və sonra xəstənin müalicəsi daha da çətinləşir".

Komitənin iş planı haqqında məlumat verən Ə.Əmiraslanov bildirib ki, plana Azərbaycan prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri, o cümlədən "Psixoloji yardım haqqında", "Reproduktiv sağamlıq haqqında" qanun layihələri, Gözün buynuz qişasının transplantasiyası ilə bağlı müvafiq qanunverici aktlara dəyişikliklərin edilməsi, Optika xidmətinin yaxşılaşdırılması ilə bağlı müvafiq qanunverici aktlara dəyişikliklərin edilməsi, "Pasiyentin hüquqlarının qorunması haqqında" qanun layihəsinin hazırlanmasına dair dinləmə, Komitəyə daxil olan qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması, komitəyə müvafiq orqanlardan və vətəndaşlardan daxil olan təhlili və ümumiləşdirilməsi, vətəndaşların qəbulunun və daxil olan ərizə və şikayətlərlə işin təşkili və 2016-cı ilin payız sessiyası dövründə görülən işlər barədə komitənin hesabatının hazırlanması daxildir.

Komitə sədri Əhliman Əmiraslanov deyib ki, "Psixoloji yardım haqqında" qanun layihəsi, artıq hazırdır, yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi