azia.az
azia.az

“Əmək pensiyaları haqqında” Qanun yenidən dəyişdirilir - Detallar

7-06-2017, 12:05

“Əmək pensiyaları haqqında” Qanun yenidən dəyişdirilir - Detallar


“Əmək pensiyaları haqqında” qanununa dəyişiklik edilir.

Modern.az-ın məlumatına görə, qanunun 37.1-ci (Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması qaydaları) maddəsinə yeni məzmunda əlavə edilir.

Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir.

Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.

Qanun layihəsi Milli Məclisin iyunun 13-də keçiriləcək iclasında müzakirə ediləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi