azia.az
azia.az

Bələdiyyələrlə bağlı qanunlar dəyişdirildi

8-04-2017, 09:54

Bələdiyyələrlə bağlı qanunlar dəyişdirildi


Milli Məclisin iclasında “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib ki, 2007-ci ildə "Dövlət qulluqçularının enik davranış qaydaları haqqında", 2015-ci ildə isə "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanunlar qəbul olunub, bu qanunlarda dövlət və bələdiyyə qulluqçularının etik davranış qaydaları qanunvericilik səviyyəsində təsdiq edilib. O bildirib ki, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" yeni qanun layihəsi yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi məqsədlərini daşıyır.
Komitə sədri vurğulayıb ki, qanun layihəsi 3 fəsil, 17 maddədən ibarətdir.

Həmçinin “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 1 iş günü müddətində arayış verəcək.

Rəşad VAQİFOĞLU


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi