Azərbaycanda əmək pensiyalarının baza hissəsi ləğv olunur.
"Əmək pensiyaları haqqında" qanununa dəyişiklik layihəsində əksini tapıb.
Bunun əvəzində minimum pensiya məbləği 110 manat təyin ediləcək.
1992-ci ilin yanvarın 1-nə qədər pensiyaya çıxan vətəndaşların kompensasiyasını dövlət ödəyəcək. 2006-cı ilə qədər çıxanların kompensasiyasını isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təmin edəcək. 2006-cı ildən sonra bu vəsaitlər sərbəst toplanaraq hesablanacaq.( Report)