Suriya münaqişəsi ilə bağlı danışıqların vaxtı açıqlandı
Hazırlıq məsələləri ilə bağlı yaxın günlərdə rusiyalı ekspertlər Türkiyəyə gedəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya münaqişəsi ilə bağlı danışıqların Astanada yanvarın 23-də keçiriləcəyini bəyan edib.
Bu barədə İstiPress "Anadolu" agentliyinə istinadən məlumat verir.
M.Çavuşoğlu bildirib ki, danışıqlara hazırlıq məsələlərinin müzakirə olunması üçün rusiyalı ekspertlər yanvarın 9-10-da Türkiyədə səfərdə olacaqlar.