Yaşlı qadın Prezidentdən görün nəyi xahiş etdi
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində sakinlərlə görüşüblər.
Manset.az-ın məlumatına görə, görüş zamanı kənd sakini olan yaşlı qadın Prezidentdən xahiş edib.
Yaşlı qadın: Allah canınızı sağ eləsin. Sizdən bircə xahişim var. Mənim oğlum rəhmətə gedib, mənim olduğum otağı verirəm ölən oğlumun yoldaşına, təşkil edəsiniz.
Prezident İlham Əliyev: Mehriban xanım nə lazımdırsa, onu həll edər.
Qadın sakin: Oğlu rəhmətə gedib. İstəyir ki, onun oğlu, uşağı, ailəsi buna yaxın olsun.
Prezident İlham Əliyev: Gəlsinlər buraya?
Sakin: Hə, gəlsinlər buraya yaxın olsun.
Prezident İlham Əliyev: Gəlsinlər, əlbəttə.
Mehriban xanım Əliyeva: Onlar indi haradadırlar?
Sakin: Xırdalanda.
Prezident İlham Əliyev: Onlar, əlbəttə, gələcəklər. Yəni, bütün zabuxlular gələcək. Nənənin yaxın qohumları da gələcək yəqin ki, bir müddətdən sonra. Xahişi odur ki, onların da yeri ona yaxın olsun. Onu təşkil edərsiniz.
Rövşən Rzayev: Baş üstə.