azia.az
azia.az

Ankara terrorunu “Kürdüstan Azadlıq Şahinləri” boynuna götürdü

20-02-2016, 11:03

Ankara terrorunu “Kürdüstan Azadlıq Şahinləri” boynuna götürdü Ankaranı qana bulayan terror hücumunu “Kürdüstan Azadlıq Şahinləri” adlı terror qruplaşması boynuna götürdü.

Gün.Az sondakika.com-a istinadən xəbər verir ki, terror təşkilatının yaydığı bəyanatda, Ankarada 28 nəfərin ölümünə, 61 nəfərin də yaralanmasına səbəb olan partlayışı təşkilatın üzvü Abdulbaki Sönməz tərəfindən həyata keçirildiyi bildirilib.
1989-cu il təvəllüdlü olduğu deyilən A.Sönməzin 2005-ci ildən kürd hərəkatına qoşulduğu qeyd edilib.
Xatırladaq ki, hadisədən sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu terror hadisədinin Suriya əsilli və YPG-nin üzvü olduğu deyilən Saleh Nəccar tərəfindən törədildiyi açıqlanmışdı.
Məlumat üçün bildirək ki, qısaca TAK adlandırılan bu təşkilat PKK-nın alt qollarından biridir. Bu təşkilat Türkiyədə metro stansiyalarında və turizm bölgələrində həyata keçirdiyi terror hücumları ilə tanınıb.
TAK-ın törətdiyi digər teraktlar aşağıdakılardır:
- 17 iyul 2005: Turizm bölgəsində olan Kuşadasında turistləri daşıyan avtobusun partladılması və İzmirin Çeşmə qəsəbəsində həyata keçirilən teraktlar nəticəsində ümumilikdə 5 turist və 1 polis ölüb, 34 nəfər də yaralanıb.
- 10 iyun 2007: İstanbulun Bakırköy səmtində partlayış – 31 nəfər yaralanıb.
- 23 may 2007: Ankarada bazarda törədilən partlayış – 7 nəfər ölüb, 102 nəfər yaralanıb.
- 31 oktyabr 2010: İstanbulun Taksim səmtində polis məntəqəsinə hücum – 32 nəfər yaralanıb.
- 26 avqust 201: Turizm şəhəri olan Antalyanın Konyaaltı plyajında partlayış – 6 turist yaralanıb.
- 28 avqust 2011: Antalyanın Kəmər plyajında partlayış – 6 turist yaralanıb.
- 20 sentyabr 2011: Ankarada partlayış – 3 nəfər ölüb, 34 nəfər yaralanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi