Zelenski Ərdoğanla görüşün bəzi detallarını açıqladı
Lvovda Ukrayna və Türkiyə prezidentləri Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğan arasında ikitərəfli görüş keçirilib. Tərəflər taxıl sazişi və Rusiyanın nüvə şantajı da daxil olmaqla bir sıra mühüm məsələlərə toxunublar.
Bu barədə Qaynarinfo Zelenskinin Telegram kanalına istinadən yazır .
"Türkiyə prezidentinin Ukraynaya səfəri belə bir qüdrətli ölkədən böyük dəstək mesajıdır”, - Zelenski yazıb.
Zelenskinin sözlərinə görə, Ərdoğanla danışıqlar zamanı tərəflər aşağıdakıları müzakirə ediblər:
• taxıl təşəbbüsünün təkmilləşdirilməsi;
• Zaporojye AES ətrafında vəziyyət;
• Rusiyanın nüvə şantajı;
• müvəqqəti işğal olunmuş ərazilərdə rus hərbçiləri tərəfindən taxılın oğurlanması;
• müdafiə sahəsində əməkdaşlıq məsələləri.
"Mən əminəm ki, Ukrayna ilə Türkiyə arasında əməkdaşlığın daha da genişləndirilməsi hər iki tərəfi gücləndirəcək", - Ukrayna prezidenti əlavə edib.
Nizami Bağırov