Ərdoğan Zelenski ilə danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub. Xəbər verilir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb. Söhbət zamanı müharibə ilə bağlı son vəziyyət müzakirə olunub. Ərdoğan danışıq zamanı NATO sammitində Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladığını, ikitərəfli görüşlərdə Türkiyə olaraq göstərdikləri səmərəli diplomatik səyləri qeyd edib. Türkiyə lideri bildirib ki, ölkəsi bu prosesdə əlindən gələn köməyi həyata keçirib.